WhatsApp-a yeni funksiya əlavə edilir
26.1.2016

WhatsApp Facebook tərəfindən satın alındığı vaxtdan hər gün fərqli funkisayalarla yenilənir.

WhatsApp-ın hələ təqim edilməyən yeni versiyası ilə bağı bəzi məlumatlar da açıqlanıb.

WhatsApp-ın 4.12.413 nömrəli versiyasında “ Share my account Iinfo (Hesab məlumatlarını paylaş) ” adlı yeni funksiya əlavə ediləcək.

Məlumatlara görə, WhatsApp-dakı ‘Hesab ayarları’ bölümündə olacaq bu özəllik aktiv olunduqda hesab məlumatlarınızı Facebook ilə paylaşacaq.

Əslində bu xidmətin tam olaraq nə işə yarayacağı haqda dəqiq məlumat verilməyib.

Yeni funksiyanın istifadəyə veriləcəyi də tam dəqiq məlum deyil.

Daha doğru olardı ki, 4.12.413 nömrəli yeni versiyanı gözləyək. O zaman xidmətin istifadəyə verilib-verilməyəcəyi dəqiqləşəcək.

Xeberler.az