6 yaşlı qız məktəbi bir-birinə qatdı
31.5.2012

ABŞ-da 6 yaşlı qız polis tərəfindən saxlanılıb. Buna səbəb Milledcivil şəhərindəki Kriksayd İbtidai Məktəbin şagirdi olan Selesiya adlı qızcığazın birdən-birə çılğınlaşaraq məktəb direktoruna hücum etməsi olub.

Kitab rəfini və divardan asılmış ləvazimatları direktorun üzərinə çırpmaqla ona xəsarət yetirmiş Selesiya sonda polislə üzləşməli olub. Məktəbə çağrılmış Milledcivil polisi balaca qızı sakitləşdirə bilmədiyi üçün onu qandallayaraq polis şöbəsinə aparıb.

“Təlimata əsasən yaşından fərqli olmayaraq hər bir saxlanılan şəxs qandallanaraq, polis məntəqəsinə gətirilir” deyə polis rəisi Svikord mətbuata verdiyi açıqlamada bildirib.

Ən maraqlısı isə odur ki, Selesiya canını yalnız sorğu-sualla qurtarmayıb. 6 yaşlı qızcığazın hücum və əmlaka ziyan vurma ittihamları ilə cərimələndiyi bildirilir.

big.az