Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç -Fantaziyanız sərhəd tanımır. Ən qeyri-adi və qəribə fikirlər, ixtiralar sizi məşğul edəcək. Düzdür, ideyalarınız elə ideya olaraq qalacaq, ancaq bu nə sizi, nə də ətrafınızdakıları kədərləndirməyəcək. Çoxdankı bir münaqişənin gözlənilmədən həlli, itirdiyiniz dostunuzla münasibətlərinizin düzəlməsi mümkündür.
Buğa - Çətinlikləri əvvəlcədən görmək bacarığı şəxsi həyatınızda köməyinizə gələcək. Məhz bu gün yaxınlarınızla bir çox vacib məsələləri həll edə bilərsiniz.
Əkizlər - Bu gün nəyəsə müstəqil olaraq nail olmaq fikrindən vaz keçin. Vaxtında kiminləsə qüvvələrinizi birləşdirsəniz, məqsədinizə bir elə tez və asanlıqla çatacaqsınız. Ancaq müştərək işə qoşulmazdan öncə bütün detalları müzakirə edin.
Xərçəng - Özünüzü yormayın, bu gün enerjinizi qorumağınız vacibdir. Axşam başınız ağrıya, yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Gərək olmadan dərman qəbul etməyin.
Şir - Qeyri-adi yerlərə gedin, dünyagörüşünüzü genişləndirməyə çalışın. Köhnə dostlarınızın sizi ziyarət etməsi könlünüzü açacaq, onların hətta sizin həyat tərzinizə uyğun gəlməyən təklifləri sizə maraqlı görünəcək. Romantik cəbhədə də hər şey əladır.
Qız - Gün bir çoxlarına çətin gələcək. Qəflətən hadisələr elə yöndə cərəyan etməyə başlayacaq ki, insanlar çaş-baş qalacaqlar. Stress keçirməyə alışmış insanlar özlərini tez ələ ala biləcək, xilas olmaq üçün plan hazırlayacaqlar. Ancaq özlərinə tərəfdaş tapmaq onlar üçün çətin olacaq.
Tərəzi - İstədiyiniz kimi hərəkət edə biləcəyiniz gün gəlib yetişdi. Enerjiniz aşıb-daşır, istənilən işin öhdəsindən gəlməyə qadirsiniz. Bircə məsələ qanınızı qaralda bilər - çox pul sərf etməli olacaqsınız. Amma təəssüflənməyin.
Əqrəb - Xoşunuza gəlməyən insanlarla ünsiyyət sizi qıcıqlandıracaq. Məişət problemləri də sizi yoracaq. Dostlarınızla görüş planlamısınızsa, yaxşı olar ki, onu evdə deyil, məsələn, bir kafedə keçirəsiniz.
Oxatan - Daha çox eyni bürcdən olan insanlar bir-birlərilə dil tapa biləcəklər. Orqanizmi artıq yüklənmədən qorumaq, sağlamlığı möhkəmlətmək üçün profilaktik tədbirlər görmək lazımdır. Xroniki xəstəliklərin güclənməsi ehtimalı var.
Oğlaq - Bu gün yaranan imkanlardan istifadə edə biləcəksiniz. Ancaq bəzi anlaşılmazlıqlar, küskünlüklər də mümkündür. Çalışın, hisslərinizi cilovlayasınız, yaxınlarınızla ünsiyyətdə bir qədər səbrli olun, neqativ emosiyalara yol verməyin.
Dolça - Aktiv fəaliyyətinizi yavaşıdıb ətrafda baş verənlər barədə fikirləşsəniz, heç də pis olmaz. Son vaxtlar əldə etdiyiniz uğurları və uğursuzluqları dəyərləndirin, çox güman ki, harada səhv etdiyinizi anlayacaqsınız.
Balıqlar - Tanımadığınız adamlarla ünsiyyəti məhdudlaşdırın. Sizin bütün yeniliklərə qarşı həddən artıq marağınız qorxulu situasiyaların yaranmasına səbəb ola bilər. Qarşınıza çıxan maneələri dəf edə biləcəksiniz, sadəcə, təmkininizi qorumaq lazımdır.
Milli.Az