Dünyada ən iri çəhrayı brilyantlardan biri Honq Konqdakı hərracda 17,4 milyon dollara satılmışdır. “Mars çəhrayısı” adlandırılan brilyantın çəkisi 12 karata yaxındır. Amerikalı zərgər Ronald Uinston bu adı ona 1976-cı ildə NASA-nın Marsa peyk göndərməsini qeyd etmək üçün vermişdir.
“Christie's” hərrac evinin nümayəndəsi demişdir ki, bu daş əvvəllər satışa çıxarılan çəhrayı brilyantlardan ən irisidir.
Brilyantın qiymətinin müəyyən edilməsi üçün hərrac qızğın keçsə də, cəmisi altı dəqiqə davam etmişdir. Sonda telefonla qoyuluş etmiş anonim alıcı qalib gəlmişdir.
AzərTAc