Fevral ayının 2-dən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Niyazi küçəsi ilə kəsişməsinədək olan hissəsi təmirə bağlanır.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, küçənin qeyd edilən hissəsində asfalt örtüyü dəyişdiriləcək.
Küçədə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət fevralın ortasınadək davam edəcək.
APA