Svarovski daşları ilə bəzədilmiş “ağıılı” saat təqdim edildi
1.2.2016

“Hewlett-Packard” şirkəti amerikalı dizayner Ayzek Mizrahi (Isaac Mizrahi) ilə əməkdaşlıq edərək, qadınlar üçün Svarovski kristalları ilə bəzədilmiş “ağıllı” saat təqdim edib.

Zahirən avadanlıq adi əqrəbli saatlardan heç nə ilə fərqlənmir. Ancaq onun əqrəbində OLED ekran yerləşdirilib ki, bu da yalnız məlumat ötürüldükdə görünməyə başlayır. Belə ki, ekranda keçilmiş addımların sayını, daxil olmuş zənglər barədə məlumatları, xatırlatmalar və mətn məlumatlarını görmək mümkündür.

Diametri 42 millimetr və eni 14 millimetr olan su keçirməyən saat “iOS 8” və “Android 4.4” və daha yeni versiyaların əməliyyat sistemləri ilə birgə işləyən smartfonlarla istifadə üçün hesablanıb. Smartfona qoşulmaq üçün isə “Bluetooth” interfeysindən istifadə olunur. Enerji doldurulmadan saatın akkumulyatoru 5 gün işləyə bilir.

Bu saatların gümüşü və qızılı rəngdə polad korpusda istehsalı nəzərdə tutulub. Dəyişilə bilən dəri kəməri 5 rəngdən biri olaraq korpusun rəngindən olur. Saatın qiyməti 250 dollar təşkil edir, əlavə kəmərin qiyməti isə 40 dollardır. Akkumulyatoru dolduracaq qurğu isə 20 dollardır. Bu qurğusuz saatı USB port vasitəsilə doldurmaq mümkün olacaq.

Lent.az