Dünyanın ən bahalı şirkəti artıq “Apple” deyil, “Alphabet” oldu
2.2.2016

“Google”un sahibi olan “Alphabet” şirkəti budəfəki reytinqdə “Apple”ı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.

"Apple” şirkətinin dəyəri 535 milyard dollardısa, “Alphabet” şirkətinin dəyəri 568 milyard dollara çatıb.

“Alphabet” şirkətinin 2015-ci il üzrə hesabatına görə, şirkətin xalis gəliri 200 milyon dollardan 4,9 milyard dollaradək yüksəlib. Bu hesabat dərc edildikdən sonra şirkətin səhmləri 9 faiz artıb.

azertag.az