Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatını “Böhran dövründə müştərilərin sadiqliyini təmin edən ən yaxşı təşkilat” nominasiyasının qalibi elan edib.
Bankdan verilən məlumata görə, təşkilat müştəri sadiqliyinə nail olunması istiqamətindəki mövcud strategiyasına görə bu nominasiyada təltif edilib.
Budəfəki mükafatlandırma 3 kateqoriya üzrə aparılmış və “Böhran dövründə müştərilərin sadiqliyini təmin edən ən yaxşı təşkilat” kateqoriyasında “FINCA Azerbaijan” mükafata layiq görülüb.
Xatırladaq ki, AMFA-nın elan etdiyi nominasiyalar üzrə üzvlərin təqdim etdiyi sənədlər əsasında, beynəlxalq və yerli təşkilat nümayəndələrindən ibarət olan mükafatlandırma komitəsi tərəfindən verilən qiymətləndirməyə əsasən maliyyə qurumları qalib elan olunurlar.
azertag.az