“Bakcell” abunəçilərinin balansını ikiqat artırır
2.2.2016

“Bakcell” şirkəti növbəti “İkiqat balans” kampaniyasına start verib.

Fevralın 2-dən etibarən bu kampaniya çərçivəsində bütün CIN abunəçiləri nömrələrinin balansını ikiqat artırmaq imkanı əldə edəcəklər. İkiqat bonusu əldə etmək üçün abunəçi *525#YES kodunu yığmalıdır.

Şirkətdən bildirilib ki, bonus təklifi hər bir abunəçinin fərdi sərfiyyatına uyğun olaraq təqdim edilir və nömrənin balansının müəyyən hissəsini ikiqat artırmağa imkan verir. Bu təklifdən faydalanmaq istəyən abunəçilər *525#YES kodunu yığmaqla balansın hansı hissəsinin ikiqat artırılma imkanına malik olduğunu öyrəndikdən sonra asanlıqla bu bonusu ala bilərlər.

“Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib ki, bu, Bakcell abunəçiləri üçün aylıq xərclərin optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə etmələri üçün fantastik həldir.

Əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də SMS və MMS yollanması üçün istifadə edilə bilər.

Abunəçi *100#YES kodunu yığmaqla, bonus balansını yoxlaya bilər. Alınan ikiqat məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə oluna bilər. Bu kampaniya çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək mümkündür.

azertag.az