Məlumat verdiyimiz kimi, WOWOMAN qadınların peşəkar və şəxsi inkişafı üçün yaradılan platformadır. İT elmini xanımlar arasında təbliğ etmək və bu sahədə xanım mütəxəssislərin sayını artırmaq məqsədi ilə Tech-Tech Xanım layihəsini yaradılıb.
Layihənin birinci mərhələsində 4 peşəkar təlimçi tərəfindən İT Əsasları üzrə Software Development, Server Administration, Database Administration və Network Fundamentals kursları təşkil olundu.
Tech-Tech Xanım layihəsinin ikinci mərhələsinə başlanıb və ilk olaraq Java Web Development kursuna başlanır.
Qeyd edək ki, kursun müddəti 3 aydır. Təlimçi isə Azercell şirkətində İT sahəsi üzrə bölmə müdiri vəzifəsində çalışan Ramin Orucovdur.
Təlimdə iştirak edənlər müasir proqraşdırmada xüsusi yer tutan Java proqramlaşdırma dili üzrə bilik və bacarıqlar, müstəqil İT layihə yaratmaqla qazanacağınız unudulmaz təcrübə, peşəkar təlimçi tərəfindən keçirilən kursda iştirak və ondan yeni biliklər öyrənmək imkanı əldə edəcək.
Son müraciət tarixi fevralın 12-də bitir.
Daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.
Xeberler.az