400 kq çəkisi olan19 yaşlı Corciya Devis dünyanın ən kök, tosqun gənc qızı sayıla bilər
1.6.2012

Britaniyanın Cənubi Uels səmtindəki Aberdar şəhərində yaşayan 19 yaşlı Corciya Devis dünyanın ən kök, tosqun gənc qızı sayıla bilər.

Yanğınsöndürənlər və xilasedicilər onu ölümdən xilas etmək üçün xeyli əlləşmişlər.

30 nəfərlik briqada Devisi evdən çıxararaq təcili yardım maşınına yerləşdirmək üçün 8 saat çalışmışlar. 400 kq şəkisi olan Devisi evdən çıxarmaq üçün evin iki divarı sökülmüş, sonra isə huşsuz gənc xüsusi kran vasitəsilə qaldırılaraq təcili hazırlanmış mini-körpüyə qoyulmuş və təcili yardım maşınına aparılmışdır.

Həddindən artıq çəkiyə malik olan qızın ifrat dərəcədə kökəlməsinin səbəbləri dəqiq bilinmir.

Xilasetmə əməliyyatı aparılarkən ev polislər tərəfindən əhatəyə alınmışdır.

Onlar əməliyyata tamaşa etmək istəyənləri evə yaxın buraxmamışlar.

Səhər saat 9-da başlanmış əməliyyat axşam saat 5-də başa çatmışdır.

AzərTAc