5 saylı avtobusun hərəkət istiqaməti dəyişib
5.2.2016

Fevralın 4-ü axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-sı səhər saatlarınadək davam edəcək.

Bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu səbəblə 5 saylı marşrut xəttimizin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub: "5 saylı marşrut avtobuslarımız 20-ci Sahədən "Azneft" meydanına qədər, əks istiqamətdə isə metronun "Nərimanov" stansiyasının önündən "Sahil" stansiyasının önünə qədər hərəkət edəcəklər. Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq".


Milli.Az