Günün qoroskopu
9.2.2016

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - Praktiki fəaliyyət çətin olsa da, bunu edin. Xəyallara qapılmayın, real işləri unutmayın. Diqqət tələb edən məsələlərdə sayıq olun. Kimsə sizi "ciddi olmağa" çağırırsa, qulaq asın, amma yolunuza davam edin. Tənqid və iradlara həddən ziyadə aqressiv reaksiya verməyin.

Buğa - Yaşam potensialı səviyyəsi aşağıdır. Asanlıqla yorulacaq və az sonra dərk edəcəksiniz ki, qüvvələriniz tükənmək üzrədir. Axşam saatlarını sakit istirahətə, yorucu olmayan məşğuliyyətə həsr edin. Çətin gündən sonra qüvvənizi bərpa edin.

Əkizlər - Çətin, qarışıq, laübəli gündür. Yaxın ətrafınızdakı insanlarla münasibətlər çətin və qarışıq hal alacaq. Kimin sizin tərəfdə olaraq dəstəklədiyini, kimin də yalnız belə görüntü yaratdığını ayırd etmək asan deyil. Bitib-tükənmək bilməyən, xoşagəlməz söhbətlər əhvalınızı korlamaqla yanaşı, vaxtınızı da alır. Həmin zamandan daha faydalı yararlana bilərdiniz.

Xərçəng - Mübahisələrdə mövqeyinizdən tez geri çəkilməyin, iradəli və qətiyyətli olun. Səhih fikirlər və düzgün qərarlardan əl çəkərək kimlərinsə xoşuna gəlməyə çalışmayın. Rəqiblərlə bədxahlarınız sizdən çəkinməlidirlər. Peşəkar fəaliyyət müstəvisində çətin məsələlərin həlli üçün əlverişli zamandır.

Şir - Başqalarının görmədikləri və ya görmək istəmədikləri nüanslara, amillərə diqqət yetirsəniz, məqsədə daha sürətlə çata bilərsiniz. Şəxsi həyatda dəyişikliklər ola bilər. Təşəbbüskar olun, novator davranışı seçin. Ev işlərinin öhdəsindən tez gəlməyə çalışın.

Qız - İşdə münaqişə, rəhbərliklə ciddi ixtilaf ola bilər. Şəxsi münasibətlərdə ciddi problemlər yaranmayacaq. Yaxınlarınız və ailə üzvləriniz çox səbrli davranırlar. Təmaslarla əlaqələrdə diqqətli olun. Bu gün etibara əsla layiq olmayan insana inana bilərsiniz.

Tərəzi - Sözləriniz kiminsə xoşuna gələ bilər. Amma yaxın ətrafınızdakı adamların əksəriyyəti bu kəlmələri bəyənməyəcəklər. Uzaq səfər və ya səyahət planlaşdırmayın. Belə səfər sizi yoracaq, ümidlərinizi doğrultmayacaq. Maliyyə itkisi, uğursuz alış-veriş, gəlir verməyən əməliyyatlar istisna deyil.

Əqrəb - Günün ilk yarısı uğurlu və əlverişli olacaq. Əhvalınız pis deyil. Rəğbət bəsləmədiyiniz insanlarla təmaslarda belə, xoşməramlı olun. Belə davranış peşəkar fəaliyyət baxımından münasibdir, çünki yeni müttəfiqlər qazana bilərsiniz.

Oxatan - Bu gün qarşılaşdığınız insanların hamısı etimada layiq deyil. Sayıq olun. Səfər və ya səyahət yaxşı nəticə verəcək. Sərfəli anlaşmaya nail ola bilərsiniz. Yeni təəssüratlar xoş olacaq.

Oğlaq - Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Sərt və qıcıqlı olmayın, aqressiv sözlər deməyin. Uzaq durmaq istədiyiniz insan sizinlə maraqlanmağa başlayacaq.

Dolça - İşgüzar ünsiyyət, mühüm danışıqların aparılması üçün əlverişli zamandır. Nüfuzlu insanlarla görüş istisna deyil. Həmin adamlarda xoş təəssürat yaratmağa çalışın. İctimai və siyasi fəaliyyətə maraq arta bilər. Yeni tanışlıqlar istisna deyil.

Balıqlar - Mənfi təmayüllərin təsiri çox güclüdür. Gün asan deyil. Emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizə əsir düşsəniz, sonradan peşman ola biləcəyiniz addımlar ata bilərsiniz. Fikirləşdiklərinizi dərhal söyləməyin. Məntiqli, soyuqqanlı, ağıllı olun.

Milli.Az