Pis yağlar beyni korlayır
1.6.2012

Tərkibində “pis” yağlar (qatı və ya transyağlar) olan qidanın tez-tez qəbulu ürəyin fəaliyyətinə mənfi təsir göstərir. Bu artıq çoxdan məlumdur. İndi isə belə aydın olmuşdur ki, qatı yağlılıq qadınlarda koqnitiv funksiyaları və hafizəni korlayır.

“Yaxşı” qeyri-qatı yağlar isə əksinə, bu və digər keyfiyyətlərə müsbət təsir göstərir.

Briqema (ABŞ) qadın xəstəxanasının alimləri 45 yaşdan artıq 40 min qadının iştirakçısı olduğu Vvomens Health Study tədqiqatlarının nəticələrini təhlil etmişlər. Tədqiqatların lap başlanğıcında, koqnitiv testlər ərəfəsində qadınlar qida qəbulunun tezliyi barədə əhatəli anket doldurmuşlar.

Məlumatların təhlili göstərmişdir ki, qəbul edilən yağların ümumi miqdarı elə də əhəmiyyətli deyil, lakin koqnitiv funksiyaların dəyişilməsində yağların çeşidi mühüm əhəmiyyət kəsb edir. Belə ki, qidalarında çoxlu sayda qatı yağlara (bunlar ət və kərə yağında var) üstünlük verən qadınlar üzərində dördillik müşahidə göstərmişdir ki, onların hafizə və dərketmə funksiyaları belə yağları minimal dərəcədə qəbul edən həmyaşıdlarına nisbətən pisləşmişdir.

Rasionlarında qeyri-qatı yağların (zeytun yağı) bol olduğu qadınların test nəticələri isə başlanğıcla müqayisədə daha yaxşı olmuşdur.

AzərTAc