Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumu öz işinə başlayıb.
Forumda Prezident Adminstrasiyası, Milli Məclis, Nazirlər Kabineti və digər dövlət orqanlarının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Ümumdünya Bankının, yerli bankların, qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Forumda çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, 2015-ci ildə Azərbaycanda ÜDM 1 faizdən çox, qeyri-neft sektorunda isə 8,4 fazi artım qeydə alınıb: "Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait yatırılıb ki, bunun da yarısı xarici vəsaitdir. Davos İqtisadi Forumunda Azərbaycan iqtisadiyyatın rəqabətqabiliyyətliyi üzrə dünyada 40-cı yeri tutub. Bu da MDB ölkələri arasında ən yaxşı göstərici deməkdir”.
trend.az