Fevralın 21-də Heydər Əliyev Sarayında “Hər biriniz bir çiçək” adlı uşaqlar üçün konsert proqramı təşkil ediləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, musiqili-əyləncəli konsert proqramında uşaqları “Aysel”, “Zirvə”, “İstedad”, “Azəri inciləri” və “Renessans” kollektivlərinin iştirakı ilə rəngarəng rəqslər, çıxışlar gözləyir.
Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.
AZƏRTAC