Mədəniyyət və Turizm Nazirliyi bir neçə turizm şirkətinə lisenziya verib
1.6.2012

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Nazirliyin turizm şöbəsindən verilən məlumata görə, lisenziya “Alean Company”, “Sahil Travel”, “AYF Safari İnternational”, “Bakı-Tur” və “Fun Travel” şirkətlərinə təqdim edilib. Bu şirkətlərin hər biri paytaxt Bakıda fəaliyyət göstərir.

Məlumatda bildirilib ki, Azərbaycan prezidentinin 02.09.2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Azərbaycan Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” Qərarlarına uyğun olaraq verilir.

APA