“Expressbank” Sevgililər günü münasibətilə xüsusi aksiya təqdim edir
12.2.2016

“Expressbank” 14 fevral - Sevgililər günü münasibətilə müştərilərə xüsusi aksiya təqdim edir. Bankdan  verilən xəbərə görə, aksiya çərçivəsində 12 - 19 fevral tarixlərində “Expressbank”ın bütün kart sahibləri “Merci Baku” və “Pəncərə” restoranlarında, həmçinin “La Parfumerie” mağazalarında endirim və hədiyyələr qazanacaqlar.

Beləliklə, “Expressbank” kartları ilə alış-veriş etdikdə “Merci Baku”dan 2 nəfərlik çay dəsgahı və desert, “Pəncərə” restoranından 15% endirim, “La Parfumerie” mağazasından isə kosmetik prosedur üçün kupon təqdim ediləcək.

Qeyd edək ki, müştərilər Visa Electron / Maestro kartlarını 6 manat, Visa Classic / MasterCard Standart kartlarını isə 8 manata əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 manat ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 manat ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

APA