Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın Bakıda verəcəyi konsertin biletləri satışa çıxarılıb
1.6.2012

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın Bakı konsertinin biletləri satışa çıxarılıb. Konsertin təşkilatçısı Nahid Emiloğlunun verdiyi məlumata görə, iyunun 23-də Heydər Əliyev Sarayında keçiriləcək konsertin biletləri 65-250 manat arasındadır. Təşkilatçı bildirib ki, konsertdə Sərdar Ortac azərbaycanlı bəstəkar Kamalın «Gəlsən də, gəlməsən də» mahnısını ilk dəfə olaraq ifa edəcək. Konsert xüsusi çəkilişlə lentə alınacaq və daha sonra müğənninin klipində istifadə olunacaq.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.

APA