Ailə TV “İkinci televizoru Ailə TV-yə qoş, 1 ay pulsuz izlə!” kampaniyası keçirir
15.2.2016

“Ailə TV” kabel televiziyası rəqəmsal yayıma keçidin stimullaşdırılması məqsədilə “İkinci televizoru Ailə TV-yə qoş, 1 ay pulsuz izlə!” kampaniyasına start verib.

“Caspian Telecom”un mətbuat xidmətindən bildirilib ki, martın 31-dək davam edəcək kampaniyanın şərtlərinə əsasən, 2-ci HD Resiver əldə edərək rəqəmsal yayıma qoşulan abunəçilər, abunə olduqları tarif üzrə tam bir ay “Ailə TV”ni pulsuz izləyəcəklər.

Qeyd edək ki, analoq yayımdan fərqli olaraq rəqəmsal yayımda abunəçilərə daha geniş imkanlar təqdim etmək mümkündür. Rəqəmsal yayım abunəçiləri daha keyfiyyətli şəkildə daha çox telekanal izləmək imkanına malikdirlər, eləcə də EPG (Elektron Proqram Bələdçi) funksiyası ilə telekanalların proqramını birbaşa öz televizorlarında izləyə bilərlər.

“Ailə TV”dən faydalanan vətəndaşların daha çox rəqəmsal yayıma üstünlük verdiklərini nəzərə alaraq kabel televiziyası yeni kampaniyaya başlayır və abunəçilərə güzəştli şərtlər çərçivəsində rəqəmsal yayıma qoşulmaq üçün müxtəlif imkanlar təqdim edir.

AZƏRTAC