Tərs uşaqlar həyatda daha müvəffəqiyyətli olurlar
16.2.2016

Bir qrup psixoloq geniş əhatəli tədqiqat apararaq sübut edib ki, böyüklərlə höcətləşən tərs uşaqlar gələcəkdə uğurlu olur, demək olar, həmişə öz məqsədlərinə çatırlar.

Elmi müşahidələr qırx il ərzində aparılıb. Alimlər uşaq inadkarlığının onların gələcək həyatına təsir dərəcəsini müəyyən etmək üçün nəzərdə tutduqları tədqiqatın birinci mərhələsini həyata keçiriblər. Tədqiqatda 700 uşaq iştirak edib. Bunun üçün valideynlərinə qarşı çıxan inadkar məktəblilər seçilib. Uzun illər keçəndən sonra psixoloqlar onların maddi durumu ilə maraqlanıblar. Nəticədə məlum olub ki, inadkar adamlar çox vaxt təhsildə uğur qazanır, onların karyeraları sürətlə inkişaf edir və həyatda bir çox digər nailiyyətlərə imza atırlar.

AZƏRTAC