Azərbaycan Tehranda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq
16.2.2016

Azərbaycan 16-19 fevral tarixində Tehranda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanı sərgidə nazirliklə yanaşı, 10 yerli turizm şirkəti və mehmanxana təmsil edəcək.

Azərbaycanın turizm imkanlarını əks etdirən 32 kv.m sahədə stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Nazirlik bu sərgidə ikinci dəfədir iştirak edir.

APA