“Azərbaycan Beynəlxalq Bankı”nda xanım müştəriləri üçün kampaniya
17.2.2016

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) fevralın 15-dən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştəriləri üçün “İmkanlarınız artır” adlı kampaniyaya start verib.

Bankdan bildiriblər ki, ABB-nin xanım müştəriləri kampaniya dövründə bankdan ödəniş kartlarını (VISA Infinite, WorldElite MasterCard və American Express kartları istisna olmaqla) 50 faiz endirimlə ala biləcəklər. Kampaniyanın keçirilməsində məqsəd müştərilər üçün yeni imkanların yaradılması və müştəri loyallığının artırılmasıdır. Martın 7-dək davam edəcək kampaniya yalnız ABB-nin müştərisi olan xanımları əhatə edəcək.

“Azərbaycan Beynəlxalq Bankı” müştərilərinə ödəniş kartlarının ən müxtəlif çeşidlərini təqdim edir. Bu kartlarla nağdsız ödəniş əməliyyatları aparmaqla yanaşı, müxtəlif elektron bankçılıq xidmətlərindən də faydalanmaq olar. Bankın ödəniş kartlarını ABB-nin filial və şöbələrində sifariş etmək mümkündür.

AZƏRTAC