Komiks albomunun üz qabığı hərracda rekord qiymətə satılmışdır. Söhbət belçikalı reportyor Tintinin macəraları haqqında çəkilmiş ilk komiks albomundan gedir.
Parisdə hərraca nadir komiks albomunun “Tintin Amerikada” adlı ilk nəşrinin üz qabığı çıxarılmışdır. O, Tintin haqqında macəra seriyasının yaradıcısı belçikalı rəssam Erje tərəfindən çəkilmişdir.
Üz qabığına 1,6 milyon dollar ödənilmişdir.
Qeyd edək ki, reportyor Tintin və onun Milu adlı iti haqqında komikslər seriyası 1929-cu ildən buraxılıb və 60 il ərzində bütün dünyada məşhur olmuşdur. Həmin komikslər seriyası əsasında Hollivud film və cizgi filmləri də çəkmişdir.
AzərTAc