Paytaxtda Bakı Böyük Məscidi tikiləcək
4.6.2012

Türkiyə tərəfi ilə Bakı Böyük Məscidinin tikintisi üzrə danışıqlar aparılır. Bunu Dini Qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İskəndərov deyib.

O qeyd edib ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə olan layihə Türkiyə və Azərbaycan qardaşlığının rəmzidir.

“Türkiyə tərəfindən bu təşəbbüs böyük minnətdarlıq hissi ilə qarşılanıb. Hal-hazırda prezidentin tapşırığı ilə məscid üçün ərazi ayrılıb. Məscidin tikintisi ilə bağlı texniki layihələndirmə işi tamamlanmaq üzrədir.

Yaxın zamanda məscidin tikintisinə başlanacaq. Məscidin Bakı ərazisində olacağı gözlənilir”.


Gün.Az