Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirilir
22.2.2016

Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirilir. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlayn sınaq imtahanında iştirak etmək istəyənlər TQDK-nın saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər.

APA