"Facebook" şirkətində sosial şəbəkələr üçün virtual reallıq layihəsinin tərtibatı ilə məşğul olacaq yeni şöbə yaradılıb.
Bu barədə şirkətin saytında bildirilir.
"Biz sosial virtual reallıq üzrə komanda yaratmışıq. Bu komanda tam olaraq diqqətini gələcəkdə sosial şəbəkələrin virtual reallıqla qarşılığının öyrənməsinə yönəldəcək", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, komanda istifadəçilərin virtual reallıq texnologiyalarından istifadə etməsini, bu texnologiyalarla əlaqənin yaradılması və bölüşmənin aparılmasını, həmçinin bu texnologiyanın mümkün uzunmüddətli perspektivlərini araşdıracaq. Çünki hazırda virtual reallıq daha mühüm kompüter platformasına doğru inkişaf edir".
Məlumatda, həmçinin deyilir ki, komanda məqsədlərinin həyata keçməsi üçün "Oculus" şirkəti və "Facebook" şirkətinin digər qrupları ilə əməkdaşlıq edəcək.
Bir qədər əvvəl isə "Facebook" şirkətinin qurucusu və rəhbəri Mark Sukerberq "Samsung" şirkəti ilə birgə əməkdaşlıqlarından və virtual reallığın gələcəyindən danışıb.
Milli.Az