Bu ilin sentyabrında Bakıda keçiriləcək "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin açılışında səhnə alacaq məşhur amerikalı ifaçı Cenifer Lopes Azərbaycan paytaxtının sakinləri və qonaqlarını salamlayıb.
Genifeo Lopes deyib ki, Bakıdakı çıxışı əvvəlcən məlumat verildiyi kimi, sentyabrda olacaq.
“Salam Bakı! Bu, Cenifer Lopesdir. Qızlar arasında futbol üzrə dünya çempionatı çox yaxın bir vaxtda keçiriləcək. Onun açılışında görüşərik”, - populyar müğənni Facebook sosial şəbəkəsində yerləşdirilən video müraciətində bildirib.
Xatırladaq ki, 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək. Çempionatın açılıq mərasimi Tofiq Bəhrəmov adına Respublika stadionunda olacaq.
Video