Böyük Britaniyanın Sauthempton Universitetinin Optik Tədqiqat Mərkəzinin tədqiqatçıları məlumatları beş ölçüdə yazmağa və milyard illərlə saxlamağa imkan verən texnologiya hazırlayıblar.
Məlumatları 13,8 milyard ilədək saxlaya bilən daşıyıcı 360 terabayt yaddaşa malikdir və min dərəcə temperaturda belə zədələnmir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər ki, hi-news.ru
saytının məlumatına görə, tədqiqatçılar oxşar texnologiyanı ilk dəfə 2013-cü ildə təqdim ediblər. Lakin o zaman onlar diskə yalnız 300 kilobayt ölçülü fayl yerləşdirə biliblər. Tədqiqatçılar üç il sonra texnikanı əhəmiyyətli dərəcədə təkmilləşdirərək diskə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Nyutonun “Optika” əsərini və Bibliyanı yazmağa müvəffəq olublar.
AZƏRTAC