Cari təmir işləri ilə əlaqədar bəzi qəsəbələrdə qaz olmayacaq
23.2.2016

Bu gün Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri ilə əlaqədar bəzi qəsəbələrdə qaz təchizatında məhdudiyyətlər olacaq.

Cari təmir işləri saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Semzavod” və “Səngəçal” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq. Bu səbəbdən təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend.az