Günün qoroskopu
24.2.2016

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - sirri açmaq üçün məlumat aramalı, əlaqələrdən yararlanmalı, sorğu-sual etməlisiniz. Kiminsə unikallığı təxəyyülünüzü məşğul edir, amma mümkün münasibətlərin məna və perspektivlərini hələ tam anlamayıbsınız. Yaxın günlərdə situasiya qəflətən dəyişə bilər. Maraq obyektivinizin fərqli olacağı istisna deyil.

Buğa - işlərinizin axarını günün ilk yarısında müəyyənləşdirin və nəyi nə zaman görəcəyinizə qərar verin. İşlə bağlı tərəfdaşların sayını artırmaq, dostlar və hətta qonşularla yeni işbirliyi qurmaq olar.

Əkizlər - işgüzar və ya yazın münasibətləriniz olan insanlarla təmaslarda səbəb olsa belə, onları sərt tənqid etməyin. Tanıdığınz insanlar və ya iqş yoldaşlarınız mühüm qərarların gərgin axtarışında olduğub vaxtda bəxtiniz gətirəcək, çətinliklər yeni sərfəli işə çevriləcək.

Xərçəng - işdə indiyədək mübhəm qalan amillər hadisələrin inkişafında əhəmiyyətli rol oynaycaq. Hərgah hansısa mövzu ilə maraqlanırsınızsa, intuisiyanıza güvənin. Səhhətinizə fikir verin. Qüvvəniz artsa da, istirahətə yetərincə vaxt ayırın.

Şir - baş verə biləcək hadisələrə hazır ola bilməsəniz də, çətinlikləri cəsarətlə qarşılayın. Əminlik və qətiyyətiniz yaxın ətrafınızda olan insanlara da müsbət təsir göstərəcək. İşləri dalbadal, ideal qaydada yerinə yetirməyə çalışmayın. Prosesdən razı qalmağa can atın. Konkret fəaliyyət, ideyaların gerçəkləşməsi məsləəhtdir. İşdə və ailədə ciddi məsələlərə diqqət ayırın.

Qız - alınan məlumat, gələn informasiya qəfil situsiya yaradaraq tanış və mühüm predmetlə bağlı biliklərinizi artıra bilər. Şəxsi münasibətlər üçün uğurlu gündür. Lakin unutmayın ki, baş verənlər ilk baxışdan göründyündən fərqli əhəmiyyət daşıyacaq. Ehtiyatsızlıq edərək kiməsə boş ümid verməyin.

Tərəzi - rəqiblərlə ehtiyatlı olun, həyatınızı mürəkkəbləşdirən problemlərdən fayda əldə etməyə can atın. Çoxdan bəri təxirə salınan, yarımçıq qalan işi başa vurun. Fiziki iş üçün əlverişli gündür. Şəxsi münasibətlərdə diqqətli olun, vədlərinizi yaddan çıxarmayın.

Əqrəb - hadisələrin sizə gərəkli istiqamətdə spontan inkişafını da gözləmək olar. Kiçik incikldiklər və qəlb yaraları emosiyalar tufanı yarada bilər. Ətrafınızdakı insanlar inadkar və yanlış mövqelərində qətiyyətlidirsə, qapını çırpmayın. Mövcud situasiyanı, xüsusilə də problemləri dəqiq müəyyənləşdirib dəyərləndirin. Mümkün qədər çox yeni informasiya əldə etməyə çalışın.

Oxatan - tərəfdaşın mövqeyini nəzərə alaraq fəaliyyəti razılaşdırın. Yaşam məkanı və fəaliyyətinizdə mühüm sahələrdə harmoniya yaratmaq, nizama nail olman imkanlarını əldən verməyin. Şəxsi münasibətlərdə intusiyanız hissləri nizamlayacaq.

Oğlaq - lazım və vacib bildiyiniz işlərlə məşğul olun. Seçim məcburiyyəti yaranarsa, situasiyanın dərhal dəyərləndirərək təcili qərar qəbul edin. Bu gün gözləntilərin tam tərsinə olaraq rəqibləri qabaqlaya bilərsiniz. Görüş, yazışma, informasiya axtarışı, gələcək işlərin planlaşdırılması üçün uğurlu gündür. Ciddi məsələləri tərəfdaş, həmkar və ya şəriklə müzakirə edin.

Dolça - işlə məşğul olun, ətrafınızdakı insanın sizə təzyiq və təsir göstərmələrinə imkan verməyin. Bugünkü fəaliyyətin istənilən nəticəsi maddi olmalıdır. Danışıqları rəsmiləşdirmək, yaxud da qarşı tərəfdən öbhdəlik almaq vacibdir.

Balıqlar - hadisələrin emosional mahiyyəti zəifləyir, işgüzarlıq artır. Bundan yararlanmağa çalışın. Yaradıcılıq imkanlarınız yüksək səviyyədə olsa da, ətalətlə davransanız, irəliləyiş şansını qaçıra bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan izafi diqqət gözləməyin.

Milli.Az