Azərbaycanda ilk dəfə dövlət dilinin informasiya bazası yaradılır. Layihə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlər planında da əksini tapıb.
İnformasiya bazası üç il ərzində tam hazır olacaq və burada Azərbaycan, rus və ingilis dillərində məlumatlar yerləşdiriləcək. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda ilk dəfə etimoloji lüğət hazırlanır, eyni zamanda, Azərbaycan dilinin elmi qrammatikası da yenilənir. Həmçinin dilimizin sonuncu dəfə ötən əsrin 80-ci illərində hazırlanmış izahlı lüğəti yenidən nəşrə hazırlanır. Multikulturalizm ili çərçivəsində ölkəmizdə yaşayan azsaylı xalqların dilləri də araşdırılacaq.
AZƏRTAC