"Neapolitan ehtiraslar" tamaşası Bakida
15.9.2011

H.Əliyev adına sarayın səhnəsində Moskvadan olan qastrolçuların "Neapolitan ehtiraslar" tamaşası göstəriləcək. Tamaşa məşhur italyan dramaturqu, nadir müəllif, aktyor, rejissor, dramaturq Eduardo de Filippo "Silindr" pyesi əsasında səhnələşdirilmişdir.
Tamaşada yüksək səviyyəli aktyor ansamblı iştirak edir: Vladimir Etuş, Irina Kupçenko, Valeriy Barinov / Vladimir Steklov, Lidiya Velejeva, Аleksey Panin, Vladimir Koval.