Azərbaycan ilk dəfə "Future Fashion Faces World 2016" beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək.
Mart ayının 13-21 arasında Türkiyənin Antalya şəhərində "Future Fashion Faces World 2016" beynəlxalq gözəllik müsabiqəsinin finalı keçiriləcək. Müsabiqədə dünyanın 50-dən çox ölkəsindən modellər iştirak edir.
Bu haqda məlumatı tanınmış təşkilatçı Aqil Məmiyev verib. Yarışma mart ayının 13-21 arasında, qardaş ölkənin Antalya şəhərində baş tutacaq, xanımlar və bəylər arasında keçirilən "Future Fashion Faces World 2016"da yeniyetmə və gənc kateqoriyalarına bölünərək, ölkəmizi Zəhra Qaraxanova (176 sm), Günel Şirəliyeva (173 sm), Nihad Quliyev (190 sm) və Orxan Oruclu (192 sm) təmsil edəcəklər.
İştirakçıların müsabiqə hazırlıqları davam edir. Onlarla təcrübəli stilist Lamiya Babayeva çalışır, onlar müsabiqə üçün xüsusi olaraq tanınmış fotoqraf Ratmir Şərifovun obyektivi qarşında poza veriblər.
Təşkilatçı bildirib ki, müsabiqəçilərdən Günel Şirəliyeva "Miss Heritage 2015", "Miss Exclusive 2015" və "Charity Queen of One Power International" sonra artıq 4-cü beynəlxalq müsabiqəsində, Nihat Quliyev isə Filippində keçirilən "Mister İnternational 2015", sonra 2-ci beynəlxalq müsabiqədə iştirak edəcək.
Qeyd edək ki, müsabiqənin prezidenti bolqarıstanlı Svetlana Şapovadır. Beynəlxalq kastinq direktoru isə Çətin Durudur.
Milli.Az