Rusiya–Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib
26.2.2016

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Rusiya–Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.

AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.

Oyun Rostov şəhərindəki “Olimp-2” stadionunda keçiriləcək.

azertag.az