“Eurovision” mahnı müsabiqəsinin biletləri satışa çıxarılıb
29.2.2016

Bu gündən “Eurovision-2016” mahnı müsabiqəsinin biletləri satışa çıxarılıb.
10 min bilet hər üç canlı şou ilə yanaşı yarımfinallar üçün jüri şousu və əsas məşqlər olmaqla, doqquz şou üçün keçərlidir.

Biletlər I yarımfinal jüri şousu, I əsas məşq, I yarımfinal canlı şou, II yarım-final jüri şousu, II yarımfinal əsas məşq, II yarımfinal canlı şou, jüri final, final əsas və canlı əsas final üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Eurovision-2016” mahnı müsabiqəsi İsveçin paytaxtı Stokholmda keçiriləcək.

APA