Fevralın 29-da Trend xəbərlər şirkətinin mətbuat mərkəzində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov Beynəlxalq İstanbul mətbəx günlərində Azərbaycanın iki komanda ilə iştirak etdiyini söyləyib.
Bildirilib ki, 19-cu dəfə təşkil olunan mətbəx günlərində Azərbaycanla yanaşı, Türkiyə, Koreya Respublikası, Serbiya, Bolqarıstan, Makedoniya, Pakistan, İran, İsrail, Xorvatiya, Gürcüstan və digər ölkələrin təmsilçiləri beş gün ərzində milli mətbəx nümunələrini təqdim ediblər. Ümumilikdə beynəlxalq tədbirə 14 ölkədən gəlmiş 1600 iştirakçı qatılıb.
Kulinarlarımız beynəlxalq tədbirdən vətənə 1 qızıl, 4 gümüş, 13 bürünc medalla dönüblər.
AZƏRTAC