“Əli və Nino”nun rejissoru “Oskar” aldı
1.3.2016

“Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında.

Rejissor Asif Kapadianın lentə aldığı “Emi” (“Amy”) adlı filmi “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Film 2011-ci ildə vəfat edən qalmaqallı müğənni Emi Uaynhausun həyatından bəhs edir.

Xatırladırıq ki, Asif Kapadia həm də yazıçı Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkilmiş eyniadlı filmin rejissorudur.

Ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkiliblər. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar rol alıblar.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

oxu.az