«Iran Air» aviaşirkəti Tehran-Bakı-Tehran marşrutu üzrə yerinə yetirilən aviareyslərin sayını artırır.
Aviaşirkətin Bakıdakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 
hazırda «Iran Air» Bakıdan Tehrana uçuşları həftənin V günləri saat 
17:15-də yerinə yetirir: «İyunun 5-dən etibarən isə uçuşlar, həmçinin 
həftənin II günləri saat 14:15-də də həyata keçiriləcək».
Aviaşirkətdən onu da bildiriblər ki, Bakı-Tehran-Bakı aviareysinə bir 
biletin minimal qiyməti 183 manat təşkil edir. Uçuşlar «Airbus-320» 
təyyarəsi ilə yerinə yetirilir.
Qeyd edək ki, sözügedən marşrut üzrə uçuşları həftənin VI günündən başqa
 hər gün «Azərbaycan Hava Yolları» QSC də (AZAL) həyata keçirir. AZAL 
Bakı-Tehran aviareysini «ATR-72» və «Airbus-319» hava gəmiləri ilə 
yerinə yetirir. Şirkət hər iki istiqamətdə biletin qiymətini təxminən 
200 manata təklif edir.
APA