Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Robert Qarayevin “Modelling Caspian sturgeon population dynamics: a new paradigm and new technology” adlı məqaləsi Böyük Britaniya Milli Elmlər Akademiyasının Oksford İndeksinə daxil edilib.
İnstitutdan bildiriblər ki, məqalədə təklif olunan paradiqmanın əsasını yeni yüksək texnologiyalar, həmçinin müasir ekotoksikoloji normallaşdırma, koqnitiv modelləşdirmə, determinasiyalı analiz, ssenarili planlaşdırma, GİS və forsayt texnologiyaları təşkil edir.
azertag.az