Qoç - qarşınıza konkret məqsədlər qoymasanız, sürəkli narazılıq hissinə mübtəla olacaqsınız. İndi bir qədər dayanmaq, görülən işləri dəyərləndirmək imkanı var. Nə etmək lazım olduğunu dəqiqləşdirin. Məsuliyyətli işləri təxirə salmayın. Kəmhövsələlik etməsəniz, yaradıcılıq işləri həzz verə bilər. Xüsusi impulslar iş prosesində yenilənməyə səbəb olacaq.
Buğa - yardım istəyən insana kömək edin, amma minnətdarlıq gözləməyin. Hər halda minnətdarlıq siz istəyən formada olmayacaq. Yanınızdakı insanların davranış motivləri dəyişkəndir və emosiyalara məruz qalıb. Danışıqlarla reaksiyalarda dəqiqlik, müəyyənlik gözləməyin. Sizi gözlənti, həyəcandan qurtara biləcək işlərlə məşğul olun.
Əkizlər - poçt qutusunda yır-yığış edin, məktublara cavab verin, unutduğunuz insanları xatırlayın, yazışın, sualları cavablayın. Axşam saatlarında dincəlin, tələskənlikdən imtina edin, artıq hərəkətlərə yol verməyin. Təbiətlə təmas, səfər, gəzinti xeyirdir. Yeni maraq yaranacaq. Axşam saatlarında istirahət edin.
Xərçəng - fərqli istiqamətlərdən təzyiqlər hiss edəcəksiniz. Sizinlə bağlı başqalarının gözləntiləri, tələbləri və iddiaları çoxdur. Yaşam arealınız artıq müdafiə olunmuş məkan deyil. Evdən uzaqda istirahət etmək istəyi yarana bilər. Sinirləriniz tarıma çəkilərsə, altertnativ qismində interneti seçə bilərsiniz. Virtual ünsiyyət xeyirli ola bilər.
Şir - işlərinizdə rasional olun, hisslərinizə və emosiyalarınıza nəzarət edin. Mütləq şəkildə başa vurulması gərəkən işlərdə diqqətli olun, emosiyalara uymayın. Gözləniləndən və ehtimal olunandan daha artıq səviyyədə güzəştə getməli olacaqsınız. Hadisələrə təsir imkanlarınız çox olmasa da, ən yaxşısını istəyirsiniz. Niyyətləriniz də az deyil.
Qız - dəyişikliklərin mahiyyətini anlamağa çalışın. Qərarlarda və hərəkətlərdə aktiv olun. İşdə məlumatlarla fəal çalışın. Maddi məsələlərdə ehtiyatlı, düşünülmüş şəkildə davranın. Maliyyə məsələlərində tələskənliyə yol verməyin, bədxərclik etməyin. Münasibətlərin aydınlaşdırılmasına yönəlmiş cəhdləri artırmayın. Ciddi münaqişə, sərinləşmə, qərəzli davranışa imkan verməyin. Axşam saatlarına yaxın vəziyyət kritik ola bilər.
Tərəzi - baş verənlərə reaksiyanız səbatlı, təmkinli, soyuqqanlı olmalıdır. Gözəl həyata tələbat artır. Amma illüziyalara qapılmayın, təriflərə aldanmayın, vədlərin tələsinə düşməyin. Eqoist və təşəxxüslü insan təsiri bağışlamayın. Estetik məcralı işlərlə məşğul olmaq mümkündür.
Əqrəb - baş verənlərə praktiki mövqelərdən yanaşın. Yaşamın bəlirlədiyi işləri görün, çağırışlardan qorxmayın. Şanslardan yararlanın. Tələsməyin, hər işlə bir az məşğul olmayın. Başladığınız işi bitirin. Axşam saatlarında ailə üzvləri ilə sərt mübahisə etməyin.
Oxatan - hadisələrin retro-fazaya daxil olması yaxın insanların motivasiyanı dəyişir. Özünüzdən və başqalarından izafi işlər tələb etməyin. Cari işlərin axarında qalın, heç nəyi tələb etməyin və səhv salmayın. Görəcəyiniz işlə diqqətlə məşğul olun, fikrinizi yayındırmayın. Fantaziya və illüziyaların əsiri olmayın.
Oğlaq - böyük dəyişikliklər hissini bu günün hadisələrinin kontekstinə sirayət etdirməyin. Məcburi fasilə və ya ləngimə sizə düşünməyə, perspektivləri dəyərləndirməyə, gözləntilər arasında seçim etməyə imkan verir. İstirahəti unudun, amma səhhətin profilaktikası ilə məşğul olun. Son həftələrdə qarşılaşdığınız problemləri sistemləşdirərək sizə sürəkli çətinliklər yaradan insanı müəyyənləşdirməyə çalışın
Dolça - inadkarlıq etməyin, doğru danışdığınızı hər vəchlə sübut etmək üçün çərçivələri yıxmayın. Həmsöhbətinizin dediklərini eşidin. Yollarda qəza riski artır. Gözləriniz yorula bilər. Axşam saatlarını təklikdə keçirin, özünüzü yormayın. Bol ünsiyyətə can atmayın.
Balıqlar - çətin olsa da, rutin və cari işlərlə məşğul olun. Sönük, cansıxıcı gündür. Yanınızdakı insanlara qarşı sürəkli iddialar və tələblərlə çıxış etməyin. Konstruktiv və zəruri saydığınız işləri emosiyalar alt-üst etməməlidir. Gün ərzində planlaşdırdığınız istiqamətdən sapmayın, yeni işlərə başlamayın.
Milli.Az