Tanınmış yazıçı-jurnalist Kamil Əfsəroğlunun çapdan çıxan yeni kitabı “Hollivuddan Yaşılçama” adlanır.
K.Əfsəroğlu yeni kitabında dünyanın məşhur kinorejissorları, aktyorları və digər sənət adamları ilə görüşlərindən, onların həyat və yaradıcılığından söhbət açır. Bədii-publisistik janrında yazılmış kitabda oxucunu zəngin faktlarla, maraqlı hadisələrlə tanışlıq gözləyir.
Müəllif, Stenli Kramer, Frensis Koppola, Rober Osseyn, Fanni Ardan, Rac Kapur, Komaki Kurixara, Türkan Şoray, Amitab Baççan, Zinət Aman, Din Rid, Yusif Şahin, Çingiz Aytmatov və digər tanınmışları oxucuya fərqli yöndə təqdim edir. Yazıçının axıcı dili, bədii forma və üslublardan ustalıqla yararlanması, ünlü sənət adamları ilə görüşünü əks etdirən fotoşəkillər kitabı daha da maraqlı və oxunaqlı edir.
azertag.az