Havanın temperaturu yüksəlir, bəzi yerlərdə 23 dərəcə isti olacaq
3.3.2016

Bakı və Abşeron yarımadasında martın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 14-19, bəzi yerlərdə 23, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 16-21 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti olacaq.

APA