Qeyri-sabit hava şəraiti davam edəcək
7.3.2016

Azərbaycanda müşahidə edilən qeyri-sabit hava şəraiti martın 8-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova açıqlamasında bildirib ki, sabahdan etibarən ölkədə hava şəraitinin sabitləşəcəyi gözlənilir.

Əvvəldən xəbər verildiyi kimi, martın 6-dan etibarən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimal-qərb küləyi əsib. Yağışlar bəzi yerlərdə intensiv xarakterli olub. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enib.

APA