“Vogue” jurnalı Bakını Avropanın yeni mədəniyyət mərkəzi adlandırıb
5.6.2012

Dünyada 1 nömrəli dəb jurnalı olan Vogue bəyan edib ki, Bakını əminliklə Avropanın yeni dəb mərkəzi hesab etmək olar.

Ölkəmizin paytaxtına həsr olunmuş məqalədə aparıcı mətbu orqan şəhər haqqında təəssüratlarını paylaşır.

Vogue-nin rəyinə görə, burada yalnız dəbli paytaxtlarda təmsil olunan Mary Katrantzou, Peter Som, Christopher Kane, Derek Lam, The Row, Roberta Furlanetto, Marios Scwab kimi brendlər, həmçinin Prada, Fendi, Lanvin, Alexander McQueen, Chloe, Victoria Beckham kimi trendsetter brendlərlə qarşılaşmaq olar. Və indi bunun üçün mütləq Milana və ya Nyu-Yorka uçmaq lazım deyil.

Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz:

http://www.vogue.ru/news/favourites-of-vogue/430064/


Gün.Az