24 may 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev 5 iyunun “Meliorator Günü” peşə bayramı kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
1996-cı ildə MDB ölkələri arasında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
1998-ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə isə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, həmçinin digər qanun və normativ hüquqi sənədlər hazırlanıb təsdiq edilib.
Son olaraq isə 2007-ci ildə “Meliorator Günü” təsis edilib.
Gün.Az