Fransa sakini «Euro Millions» lotereyasında rekord məbləğ udub. «France İnfo»ya istinadən verdilən məlumata görə, uduş 162 milyon avro təşkil edib. İndi adı açıqlanmayan bəxtəvər 60 gün ərzində uduşlu bileti təşkilatçılara təqdim etməklə udduğu məbləği əldə edə bilər.
Qeyd edək ki, bu, Fransada eyni lotereyada 2 il əvvəl udulmuş rekord məbləği geridə qoyub. O zaman adı açıqlanmayan fransız 100 milyon avroya sahib çıxmışdı.