Dünyaca məşhur rok qrupu “Rammstein”in üzvləri Bakıya gəlir.
Əldə etdiyimiz məlumata görə, qrup üzvləri oktyabrın 26 bakılılar üçün oxuyacaqlar.
Səhnədə hər zaman qeyri-adi ifa ilə yanaşı, fərqli şou yaradan bu qrupun çıxış edəcəyi məkan hələ ki, dəqiq deyil.
Qeyd edək ki, “Rammstein” qrupu 1996-ci ilin yanvarında Berlində yaradılıb. Qrupun indiyədək repertuarına daxil olan mahnıların əksəriyyəti almancadır.
Qrupa daha çox uğur gətirən albomu isə 2001-ci ildə işıq üzü görən “Mutter” olub. Bu alboma daxil olan “Ich will”, “Mutter”, “Feuer frei!” sinqlları isə dillər əzbərinə çevrilib.
Video