Azərbaycan teatrının yaranmasının 143-cü ildönümü ilə əlaqədar Füzuli Dövlət Dram Teatrında Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” tamaşasının premyerası olub.
Tamaşa ərazidə yerləşən N saylı hərbi hissənin şəxsi heyətinə nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanov və Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, Məryəm Məmmədova, Fatimə Səfərəliyeva, Əli Hüseynov, Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov və başqaları çıxış edib.
“Olmadı elə, oldu belə” tamaşası əsgər və zabitlər tərəfindən maraqla qarşılanıb.
azertag.az