AccessBank müştərilərinə mobil danışıq dəqiqələrini hədiyyə edir. Bank beynəlxalq pul köçürmələri üzrə kampaniyaya başlayır.
Bankdan verilən məlumata görə, AccessBank beynəlxalq sürətli pulköçürmə sistemləri vasitəsi ilə pul göndərən və ya qəbul edən müştərilərə mobil danışıq üçün pulsuz dəqiqələr hədiyyə edir.
“Sürətli köçürmələr - hədiyyəli dəqiqələr” aksiyası çərçivəsində 500 dollar və daha artıq ekvivalentində həyata keçirilən hər bir pulköçürmə əməliyyatı müqabilində Bank müştərilərə Bakcell və Nar mobil operatorlarından 10 danışıq dəqiqəsi, 1000 dollar və daha artıq ekvivalentdə - Azercell, Bakcell və Nar mobil operatorlarından 20 danışıq dəqiqəsi hədiyyə edir. Pulsuz dəqiqələr istənilən vaxt məhdudiyyətsiz olaraq istifadə edilə bilər.
Bankın təklif etdiyi bütün beynəlxalq pulköçürmə sistemləri – Western Union, Contact, Blizko, Forsaj, Lider, Monex, CMT və Privat Money bu kampaniyada iştirak edir. Həmçinin, müştərilər pulköçürmə əməliyyatlarını həmin sistemlərin təklif etdikləri istənilən valyutada – dollar, avro və ya rublda həyata keçirə bilərlər.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.
Azərbaycanın aparıcı banklarından biri olan AccessBank geniş çeşidli bank xidmətləri təqdim edir. Ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 1800 yaxın əməkdaş çalışır.
trend.az